EN

Aparıcıdan verilişi ilə bağlı tənqidlərə reaksiya

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə verilişi ilə əlaqədar yazılan tənqidlərə cavab verib.Missiya.Az xəbər verir ki, o, "İncə səhər" proqramında sənət adamları ilə bağlı süjetləri tənqid edənlərə səslənib və yayımlanan bütün özəl məlumatlardan qonaqların xəbəri olduğunu bildirib."Verilişi açandan məqsədimiz bu idi ki, maraqlı məqamlar təqdim edək. Bura gələn qonaqların həyatını bizim komanda həmişə araşdırır. Çalışırıq ki, kimsədən eşitmədiyinizi çatdıraq. Niyə həmin insanları çağırıb narahat edən problemli tərəfləri verək? Biz qonağın həmin məqamlarına özü istəsə toxunuruq. Heç kimin qüruruna, şərəfinə dəyib incitmək məqsədimiz yoxdur. Gördüyünüz hər şeydən müğənnilərin xəbəri olur. Onların istədiyi qədər həyatlarına toxunuruq. Bəzi tamaşaçılar bildi, bilmədi irad tutur. Bir proqramın hazırlanması insanın enerjisini alır", - aparıcı əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
27
3
missiya.az

5Sources