“Əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb”.
Leqal.info “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə əsasən, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir:
“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.
Leqal.info