Naxçıvan “KOB FEST”də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar sentyabrın 26-dək KOBİA-ya müraciət edə bilərlər.

İndex.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək.

4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunacaqdır.