EN

Ermənistan Azərbaycana milyardlarla maddi ziyan vurub.... Bu ziyan necə ödəniləcək? AÇIQLAMA....

Təxminən 30 il ərzində işğalçı Ermənistan tərəfindən Azərbaycana külli miqdarda maddi zərər vurulduğu faktdır. Bəzi sənədlərdə qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı işğalı ərzində indiyə qədər ümumilikdə 50 milyard dollar məbləğində maddi ziyan dəyib. Ermənistanın bu təzminatı ödəməsi üçün Azərbaycan tərəfindən hansı addımlar atılmalıdır? Hansı şərtlər daxilində və ya hansı hüquqi yollarla Ermənistan bu təzminatı ödəyə bilər?




Mövzu ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimli Referans.az -a açıqlamasında deyib ki, bu qəbildən olan proseslər İkinci dünya müharibəsi zamanında da olub. Soyqırımı və digər bu kimi problemlərlə bağlı beynəlxalq məhkəmələrə müraciət edilibdir. Dünya tarixində əlbəttə ki, belə nümunələr var.  Ermənistanın da ölkəmiz üçün maddi ziyanı konpensasiya etməsi mütləqdir.  Bu baş verən faktı hər hansısa bir rəsmi formada aktuallaşdırmaq lazımdır.  Bunun üçün ilk növbədə beynəlxalq məhkəməyə müraciət olunmalıdır. 


Təəssüflər olsun ki, Azərbaycana qarşı ikili standartlar var.  Hələ də bədnam qonşularımızı müdafiə edən qüvvələr var. Əgər bununla bağlı Azərbaycan tərəfinin tələbləri hüquqi müstəvidə öz həllini taparsa təzminat əldə etmək olar. Lakin söhbət 50 milyard dollarlıq  maddi ziyandan gedir. Bu qədər maddi  məbləği  Ermənistanın ödəmək imkanları yoxdur.  Heç kimə sirr deyil ki, Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir. Paralel olaraq da həmsərhəd olduğu 4 ölkədən 2-si ilə yəni Azərbaycan və Türkiyə ilə ümumiyyətlə sərhədləri bağlıdır. Tənəzzüldə olan Ermənistanın çıxış yolu yalnız regionda sülhə maraqlı olmasındadır. Çünki qonşu ölkələrlə sərhədlərin bağlı qalması o ölkənin iqtisadiyyatını tamamilə iflic vəziyyətinə sala bilər.


"Mümkün qədər tez bir zamanda erməni tərəfi Azərbaycanla sülh  əldə edərəsə bu ümumilikdə region üçün çox əhəmiyyətli ola bilər. Nəticədə də nisbətən iqtisadi vəziyyəti normallaşacağı halda maddi təzminatını mərhələli şəkildə ödəmək fürsəti əldə edəcəkdir. Əks halda bu problemin həlli çox mürəkkəbdir. Təbii ki, Ermənistan dövlətinin maddi imkanları təzminat ödəməyə  kifayət etmədiyi üçün konpensasiya olaraq Azərbaycana müəyyən miqyasda torpaq güzəşt edə bilər. Güman edirəm ki, elə məhz Ermənistanın çıxış yolu da bu versiya olacaqdır",- deyə ekspert bildirib.


Bünyamin Bünyadzadə

Referans.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
referans.az

1Sources