EN

Tanınmış azərbaycanlı hüquqşünas barəsində həbs qərarı çıxdı 

Moskva Qarnizonu Hərbi Məhkəməsi keçmiş vəkil Elman Paşayev barəsində külli miqdarda dələduzluq işi üzrə həbs qərarı çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Tanınmış azərbaycanlı hüquqşünas iki ay həbsdə qalacaq.

Keçmiş vəkilin saxlanması sentyabrın 17-də məlum olub. O, 45 milyon rubldan çox dələduzluqda şübhəli bilinir. Elman Paşayevə qarşı iş bloger Yelena Blinovskayanın əri Alekseyin ərizəsi əsasında başlanıb və o, zərərçəkmiş kimi tanınıb.

O, arvadını istintaq təcridxanasından azad edəcəyini və vergidən yayınma ilə bağlı cinayət işinə xitam veriləcəyini vəd verən keçmiş vəkil Elman Paşayevə 45 milyon rubl verdiyini bildirib.

Chosen
30
2
iqtisadiyyat.az

3Sources