Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"İstintaqın vəsatəti təmin edilməlidir", - məhkəmə qərardadında deyilir.
Vəkil noyabrın 15-dək istintaq təcridxanasında olacaq.
Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun