"Neftçi" basketbol komandası heyətini iki amerikalı oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, 213 sm boya malik olan Alonzo Kempbell və 29 yaşlı Broderik Robinson ilə müqavilə imzalanıb.
Alonzo Kempbell ötən mövsüm İsveçrədə çıxış edib. Broderik Robinson isə sonuncu dəfə Portuqaliyanın "Braqa" klubunun şərəfini qoruyub.