EN

“Azərikard” ilk ödəniş sistemi lisenziyası alan təşkilat oldu

 “Azərikard” MMC Mərkəzi Bankdan ilk dəfə ödəniş sistemi operatoru lisenziyası alan təşkilat oldu.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Azərikard” MMC-yə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Qeyd edək ki, indiyədək Mərkəzi Bank tərəfindən təşkilatlara elektron pul təşkilatı, və ödəniş təşkilatı lisenziyaları təqdim edilmişdi.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş sistemi operatoru (Mərkəzi Bank istisna olmaqla) ödəniş sistemləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər. Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemidir. 

Ödəniş sistemi operatoru – Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxsdir.

Qeyd edək ki, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, "Mobile Payment Solutions" MMC, "Mpay" QSC, "Paysis" MMC, "PulPal" MMC, "Qoldenpey" ASC, “K Group” MMC, “Azərikard” MMC elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, "Global İnnovations" MMC, "Drakaris" MMC, "Multi Solutions" MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC ödəniş təşkilatı, “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar. 

ödəniş sistemi azərikard
Chosen
8
marja.az

1Sources