"Kəpəz" heyətinə daha bir futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Dioqo Verdaska ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı oyunçu müdafiəçi mövqeyində çıxış edir.
Qeyd edək ki, 27 yaşlı Verdaskanın son komandası İspaniyada Sequnda (La Liqa 2) təmsilçisi "Mirandes" olub. "Portu"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerusəlim) və "Şlensk"də (Polşa, Vrotslav) çıxış edib.