“Gəncə” daha bir legioneri heyətinə qatıb.
İdman.biz xəbər verir ki, türkiyəli Kaan Yıldırımkanlı "Gəncə"nin şərəfini qoruyacaq.
193 sm boya malik 23 yaşlı basketbolçu hücumçu mövqeyində oynayacaq. O, komandamızda 5 nömrəli forma ilə meydana çıxacaq.
Qeyd edək ki, Kaan son mövsümü Türkiyənin 2-ci Liqasında (TBL) "Kapaklı Spor" klubunda kecirib.
İdman.biz