EN

“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Ümumdünya Poçt İttifaqı (ÜPİ) sentyabrın 16-17-də Ankarada Avropa və Mərkəzi Asiya üçün Regional Strateji Forum keçirib. “Azərpoçt” MMC də forumda təmsil olunaraq regional poçt fəaliyyətinə dair müzakirələrdə iştirak edib.

AZƏRTAC "Azərpoçt"a istinadla xəbər verir ki, forumda əsasən 2026-2029-cu illər üzrə strategiya çərçivə proqramına dair məsələlər müzakirə olunub. Yaxın gələcəkdə ÜPİ-nin normativləri və standartları əsasında vahid poçt şəbəkəsinin yaradılması və istifadəyə verilməsi, qlobal poçt ekosistemində innovasiyaların tətbiqi və əməkdaşlığın gücləndirilməsi yolu ilə poçtun inkişafının təşviqi tədbirin əsas müzakirə mövzuları olub.

Forum çərçivəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ÜPİ-nin Baş direktoru Masahiko Metoki və Türkiyə Respublikasının Poçt və Teleqraf Təşkilatının rəhbəri Hakan Gültən ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığın artırılmasına dair danışıqlar aparılıb, poçt sisteminin inkişafı perspektivləri müzakirə olunub.

Chosen
55
4
azertag.az

6Sources