ABŞ prezidenti Co Baydenə Tbilisiyə qarşı sanksiyalar məsələsində qeyri-rəsmi təsir göstərilir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze TASS-a açıqlamasında bildirib.
Kobaxidze Tbilisiyə qarşı sanksiyalar tətbiq etmək qərarının şəxsən Bayden tərəfindən qəbul edildiyinə şübhə ilə yanaşıb. O, ABŞ-nin Gürcüstana qarşı sanksiyalar tətbiq etməyəcəyinə ümid etdiyini ifadə edib.
“Mən buna inanmıram. Düşünürəm ki, qeyri-rəsmi təsirlər var, amma detallara varmaq istəmirəm”, - deyə baş nazir bildirib. O, əks təqdirdə Tbilisinin Vaşinqtonla münasibətlərini yenidən nəzərdən keçirməli olacağını vurğulayıb.