EN

Oslo polisi məktəb yaxınlığında atışmadan sonra 3 nəfəri saxlayıb

Norveç polisi paytaxt Osloda məktəb yaxınlığında baş verən atışmadan sonra 3 şübhəli şəxs saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi krallığın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerindən mərmi gilizləri tapılıb. Polis atışmada bir nəfərin yaralandığından şübhələnir, lakin hələlik onun şəxsiyyəti müəyyən edilməyib.

Qeyd edək ki, Norveç paytaxtının şimal-şərq hissəsində yerləşən məktəbdə 480-ə yaxın şagird təhsil alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
2
far.az

3Sources