“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
“Əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb”.APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu fikirləri Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.Onun sözlərinə görə, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir:“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.
Xəbərin oxunma sayı :
235