EN

2024-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozu aşağı salınıb

ABŞ Mərkəzi Bankı (FED) 2024-cü il üzrə ABŞ-nin ümumi daxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu 2,1%-dən 2%-ə endirib.

Marja xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında dərc olunan ortamüddətli proqnozda deyilir.

2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2% səviyyəsində saxlanılıb.

ABŞ-də inflyasiya proqnozu yenidən nəzərdən keçirilib: 2024-cü ildə 2,6%-dən 2,3%-ə, 2025-ci ildə 2,3%-dən 2,1%-ə endirilib. 2026-2027-ci illərdə rəqəmin hədəf 2% səviyyəsində olacağı gözlənilir.

İşsizlik proqnozu əksinə, 2024-cü ildə 4,0%-dən 4,4%-ə, 2025-ci ildə 4,2%-dən 4,4%-ə, 2026-cı ildə 4,1%-dən 4,3%-ə qədər artırılıb. 2027-ci ildə 4,2% səviyyəsində işsizlik proqnozlaşdırılır.

Əksər FED üzvləri, FED-in 2024-cü ildə faiz dərəcələrini 4,25-4,5% aralığına qədər endirəcəyini gözləyir.

Bu gün FED faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25% -5,50% aralığından 4,75% - 5,00% faiz aralığına endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
6
marja.az

8Sources