EN

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir.

SeherXeber.org xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik AAV-7 tırtıllı amfibiya-hücum maşınlarının alınması üçün ölkə parlamentinə müraciət edib.

Texnikanın alınması üçün ABŞ Dəniz Piyadaları Korpusu ilə müqavilə bağlanmalıdır.

Bildirilir ki, təchizat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası proqramının icrası çərçivəsində həyata keçirilir.

Müraciətə parlamentin sentyabrın 23-də keçiriləcək plenar iclasında baxılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
12
seherxeber.org

10Sources