EN

Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu sistemi yenidən aktivləşdirilib.

Publika.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən bildirir ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılacaq.

Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, paytaxtda bəzi məktəblərin I sinifləri dolduğundan 6 yaşlı uşaqlar yaxınlıqdakı alternative məktəblərə yönəldilir.

Chosen
66
13
publika.az

10Sources