Hadisənin necə baş verdiyi məlum olmasa da, hadisə şahidlərinin sözlərinə görə, avtomobil qəfil sürətlənib və yoldan çıxıb. 70 yaşlı sürücü Millie Ortiz Sheehan-ın idarə etdiyi avtomobildə onun 36 yaşlı gəlini Diana Trochez Sheehan da var idi. Millie Ortiz Sheehan gəlini ilə nəvəsini uşaq bağçasına buraxmaq üçün yola düşmüşdü. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra avtomobil bomba kimi partlayıb və ətrafa çoxlu miqdarda qəlpələrin saçılmasına səbəb olub. Qəzadan sonra həm avtomobildə, həm də avtomobilin qəzaya uğradığı evdə yanğın baş verib. Hadisə yerində aparılan ilkin araşdırmalara görə, 2 qadın Tesla-da sıxışıb qalıb. Yaşayış binası mümkün təhlükələrə qarşı təxliyyə edilərkən, qəzadan zərər görmüş şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Tədqiqatçılar indi Tesla-nın istəmədən sürətlənib-sürətlənmədiyini araşdıracaqlar. 2020-ci ildə bənzər bir ittihamla Tesla-ya qarşı araşdırma aparılması tələb edilmişdi, lakin icazə verilməmişdi. Bu il Tesla Cybertruck da oxşar şəkildə özü sürətlənərək yoldan çıxmış və bir evə girmişdi. Hələlik Tesla-dan məsələ ilə bağlı heç bir açıqlama yoxdur.