EN

XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb. Bu barədə  AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.


Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində qədim yaşayış yeri qalıqlarının, maddi-mədəniyyət nümunələrinin görünməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin dəstəyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Xəzər arxeologiyası ekspedisiyası" Abşeron yarımadasının Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində orta əsrlərə aid tarixi Şəhri-Gürganda arxeoloji kəşfiyyat işləri aparıb.


Tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin, sualtı arxeoloq, dalğıc Ceyhun Əliyevin və d. elmi əməkdaşların üzvü olduğu ekspedisiyaya "Xəzər arxeologiyası" şöbəsinin müdiri Abbas Seyidov rəhbərlik edib.


Kəşfiyyat tədqiqatları uğurlu olub və buradan XIX əsrə aid iki batmış gəminin qalıqları, orta əsrlərə aid saxsı məmulatları aşkar olunub. Gələcəkdə bu ərazilərdə daha geniş arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

www.anews.az
Chosen
15
7
anews.az

8Sources