EN

Hüseyn Abdullayevi həkim Adil Qeybulla müayinə edəcək - Məhkəmə qərar verdi

Cinayət yolu ilə əldə edilmiş 5,5  milyon manat pulu leqallasdirmaqda ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi davam etdirilib. 

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunan Hüseyn Abdullayevin məhkəmə prosesi hakim Azər Tağıyevin  sədrliyi ilə keçirilib. Onlayn keçirilən məhkəmə prosesinə Bakı İstintaq Təcridxanasından qoşulan Hüseyn Abdullayev şəhəri ilə əlaqədar kamera qabağında görüntülənmək istəməyib. Ancaq hakim bunun mümkün olmadığını bildirdi və vəkil Şəhla Hümbətovanın yanında olmaqla prosesi davam etdirib.

Sonra hakim tərəflərin vəsatətinin olub-olmaması ilə maraqlanıb. Vəkil Cavad Cavadov Hüseyn Abdullayevin sağlamlıq durumunu müayinə etmək üçün professor Adil Qeybullanın Bakı İstintaqa Təcridxanasına buraxılması ilə bağlı vəsatət verdi. Bildirdi  ki, Adil Qeybulla bundan öncə də digər təqsirləndirilən şəxsləri müayinə etmək üçün təcridxanaya buraxılıb və buna Ədliyyə Nazirliyi Tibb Bas İdarəsi də etiraz etmir. 
Hüseyn Abdullayev də vəkili ilə razı olduğunu bildirdi. 

Dövlət ittihamçısı Rauf Malışov isə vəkil Cavad Cavadovun vəsatətinin təmin olunmamasını istədi. 
Hakim Azad Tağıyev məhkəmə həyatı ilə müşavirə etdikdən sonra vəkilin vəsatətini təmin etdi. 
Sonra dövlət ittihamçısı hakimin təklifi ilə ittiham aktını elan etdi. İttiham aktına görə, Hüseyn Abdullayev 2006-2014-cü illərdə cinayət yolu ilə əldə etdiyi 5 milyon 581 min manat pulu bankdakı hesabları vasitəsilə leqallaşdırıb. 
Dövlət ittihamçısı ittiham aktını elan edən zaman Hüseyn Abdullayev səhəti ilə əlaqədar dayana bilmədiyindən ittiham aktının tam oxumasına etiraz edib. Həmçinin bildirib ki, ittiham aktı saxta tərtib olunub, hüquqla heç bir əlaqəsi yoxdur, özümü bu işdə təqsirli bilmirəm. 
Sonra təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov dövlət ittihamçısına belə bir sual verib: 
-Cənab prokuror, 2006-2014-cu illərdə bu maddə Cinayət Məcəlləsində  var idi?
Dövlət ittihamçısı Rauf Malışov cavab olaraq bildirdi ki, Hüseyn Abdullayevə  verilən ittihamı müdafiə edirəm. 
Sonra qərar qəbul olundu ki, məhkəmə istintaqı ilkin olaraq şahidlərin dindirilməsi ilə başladı. Şahid İlqar Mustafayev dindirildikdən sonra məhkəmə prosesi oktyabr ayının 3-nə kimi təxirə salındı. 
Xatırladaq ki, cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib. O, külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
48
unikal.az

10Sources