EN

Rusiyadan qanunsuz miqrantlarla bağlı SƏRT QƏRAR

Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

Bu barədə "Kommersant"a Daxili İşlər Nazirliyi (DİN) rəisinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

İndi hakimiyyət Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Həmin sistemə düşdükdən sonra miqrantlar nəqliyyat vasitələri sürə, bank xidmətlərindən istifadə edə, əmlakı qeydiyyata ala, nikah bağlaya və ya poza bilməyəcəklər.

Qorovoy qeyd edib ki, "maraqlanan idarələr" və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində də işləyirlər.

Qorovoyun sözlərinə görə, hazırda Rusiyada 739 minə yaxın və ya miqrantların ümumi sayının 9 faizi qədər qanunsuz miqrant var. Bunlar, əsasən, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır.

DİN rəsmisi 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisinin 30 faizdən çox olduğunu vurğulayıb. O, indiki azalmanı "Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi" adlandırıb.

Qorovoy həmçinin bildirib ki, bu ilin birinci yarısında miqrantların Rusiyadan çıxarılması ilə bağlı 100 minə yaxın qərar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Xatırlatma

Bu ilin martında "Crocus City Hall" konsert zalında 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri kəskinləşib. Hüquq-mühafizə orqanları xaricilərin evlərində və iş yerlərində reydlər keçirir.

İqtisadçıların fikrincə, Rusiyaya son 10 ildə ən aşağı səviyyəyə düşən miqrant axını ölkədə kadr böhranını ciddi şəkildə gərginləşdirə bilər.

(AzadlıqRadiosu)

Chosen
6
6
musavat.com

6Sources