EN

Hüseyn Abdullayevin müayinəsi ilə bağlı vəsatət təmin olundu

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə Hüseyn Abdullayev onlayn qoşulub. O, əvvəlki prosesdə mediada yayılan fotosunu əsas gətirərək kamera qarşına çıxmaqdan imtina edib.

Hakim Azər Tağıyev o halın təkrar baş verməməsi üçün bütün lazimi tədbirlərin görüldüyünü nəzərə çatdırsa da, o, fikrindən daşınmayıb. vakansiya

Vəkil Ceyhun Yusifov müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq professor Adil Qeybullanın müalicə müəssisəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb: “Müdafiə etdiyim şəxsin vəziyyəti ağırdır, çəki itirib. Onun müalicə müəssisində müalicəsini davam etdirməsi ilə bağlı vəsatət bundan öncəki prosesdə təmin edilmədi. Lakin bizə bildirdilər ki, məhkəmə icazə versə, müayinə üçün həkim gələ bilər. Buna məhkəmənin icazəsi lazımdır”.

Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz etsə də, məhkəmə vəsatəti təmin edib.

Daha sonra prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ittiham aktı ilə razılaşmayıb və ittihamı əsassız adlandırıb. H. Abdullayev özünü təqsirli hesab etməyib.

Hakim Azər Tağıyev cinayət sübuta yetirildiyi halda təqsirləndirilıən şəxsi 7 ildən 12 ilədək həbs cəzası gözlədiyini nəzərə çatdırıb.

Hüseyn Abdullayev istintaqa verdiyi ifadəni təsdiq edib.

Məhkəmədə şahid qismində ifadə verən İlqar Mustafayev bildirib ki, Hüseyn Abdullayevi 1994-cü ildən tanıyır: “1995-ci ildə onun restoranında administrator vəzifəsində işləmişəm. Onun digər obyektlərində də işçilərə nəzarət edirdim. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Mən onların ödəniş işlərini də həyata keçirirdim. Onların obyektlərindən pul yığırdım. Pulları bəzən nağd özlərinə təhvil verirdim, bəzən də onların bank hesabına köçürüdüm”.

Şahid ifadəsində qeyd edib ki, Hüseyn Abdullayev ölkəni tətk etdikdən sonra onunla telefon əlaqəsi olub: “Mən onunla telefonla əlaqə saxlayırdım. O, mənə göstəriş vermirdi. Hətta mən onun dəvəti ilə 2-3 dəfə Türkiyəyə getmişəm. 2-3 gün evində qonaq olmuşam”.

O, prokurorun suallarına cavab olaraq orada H. Abdullayevin bahalı maşınının olduğunu da deyib.

Şahid onu da qeyd edib ki, onlar həmişə qanuni çalışıblar: “Biz obyektləri qanuni sənədlə icarəyə verirdik. Həmişə rəsmi sənədləşmə olub. Gördüyümüz işlər tam qanuni idi”.

Şahidin ifadəsi bitdikdən sonra vəkil Günay İsmayılova şahidin istintaq dövründə verdiyi ifadə ilə indiki ifadəsinin ziddiyyət təşkil etdiyini məhkəməyə bildirib.

Proses oktyabrın 3-də davam etdiriləcək.


Telegram kanalımız
Chosen
21
6
yenisabah.az

8Sources