EN

Tütkiyə MİT PKK liderlərindən birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində əməliyyat keçirib, nəticədə PKK/KCK terror təşkilatının qondarma liderlərindən biri, “Xoqir Pirosi” ləqəbi ilə tanınan Xəlil Yiğit  aradan götürülüb. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, kəşfiyyat orqanları Yiğitin terror təşkilatının yüksək rəhbərliyinin göstərişi ilə Türkiyə təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etdiyini vəd edib. Onun yeri müəyyən edilib və əməliyyat nəticəsində zərərsizləşdirilib.

Qeyd edək ki, Xəlil Yiğit cinayətkar təşkilata 2007-ci ildə qoşulub. O, Türkiyənin Şırnak vilayətinin Silopi bölgəsində silahlı hücumlarda və partlayışlarda iştirak edib.

Yiğit barrikadalar quraraq türk qüvvələrinə qarşı aksiyalar təşkil edib və 2018-ci ildə Suriyada YPG terror qruplaşmasının tərkibində fəaliyyət göstərib.

Son illərdə o, Şimali İraqın Qara bölgəsində fəaliyyətini davam etdirib.

P.ƏMİRCANOV
XQ

Chosen
26
1
xalqqazeti.az

2Sources