2024-cü ilin avqustu dünyada temperaturun yüksəlməsi baxımından 2023-cü ilin eyni dövrü ilə birinci yeri bölüşüb. Ötən ay orta aylıq temperatur 2023-cü ildə olduğu kimi 16.8 dərəcə olub. Son 50 ildə avqust ayında dünyada orta temperatur 1.3 dərəcə artıb. Məlumdur ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq. Avqust ayında qeydə alınan temperaturu nəzərə alsaq, payızda bizi hansı hava şəraiti gözləyir? Bununla bağlı meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında ən son məlumatları bölüşüb: vakansiyalar“Respublikamızda yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək davam edir. Sentyabr ayının III ongünlüyündən başlayaraq havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu: Abşeronda- 21,3-22,4 °C, Lənkəran-Astara zonasında- 15,6-21,5 °C, Kür-Araz ovalığında- 21,4-22,5 °С, Kiçik Qafqazın şərq yamacında- 10,5-19,8 °С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8 °С, Qazax-Gəncə zonasında- 19,8-20,4 °С, Böyük Qafqazın cənub yamacında- 11,8-19,6 °С, Böyük Qafqazın şimal-şərq yamacında- 10,3-19,3 °С, Naxçıvanda isə 20,5-21,9 °С müşahidə edilir”.Ekspert ən çox yağıntının hansı bölgəyə düşəcəyini də qeyd edib:“Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv olaraq enmə davam edir və Noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır.Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir. Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir”.
Paylaş: