EN

Biz ölkəmizin suverenliyini müdafiə edəcəyik -Kaladze

Gürcüstan hakimiyyəti böyük dövlətlərin Gürcüstandan Ukraynada olduğu kimi, öz maraqları üçün istifadə etməsinə imkan verməyəcək.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

“Biz ölkəmizin suverenliyini müdafiə edəcəyik. Böyük dövlətlərin öz maraqları naminə uzun tarixə malik kiçik ölkəmizi Ukrayna kimi istifadə edib çətin vəziyyətə salmasına imkan verməyəcəyik”, - deyə K. Kaladze vurğulayıb.

Chosen
12
2
ikisahil.az

3Sources