EN

Audi RS e-tron GT Perfomance elektromobili təqdim edilib - QİYMƏTİ

     Audi şirkəti RS e-tron GT Perfomance adlı yeni premium elektromobilini təqdim edib. Bu elektromobil şirkətin ən güclü, RS seriyasının isə ilk tam elektrikli avtomobili olub. Beləliklə Audi RS e-tron GT Perfomance elektromobili 2 ədəd elektrikli mühərrik ilə təchiz olunub. Onlardan biri ön hissədə, digəri isə arxa hissədə yerləşir. Ön hissədə yerləşən mühərrik 342 at gücünə, arxa hissədə yerləşən mühərrik isə 564 at gücünə sahibdir.     Bu mühərriklərin sayəsində elektromobil saatda 100 km sürəti 2.4 saniyəyə yığır. Elektromobilin batareya həcmi 105 kilovat-saat təşkil edir. Şirkətin sözlərinə əsasən bu həcmdə batareya sayəsində elektromobil bir dəfə şarj olunandan sonra 533 km yol qətt edə bilir. Bundan əlavə olaraq elektromobilin batareyası 320 kilovat gücündə sürətli şarj texnologiyasını da dəstəkləyir. Beləliklə elektromobil 10%-dən 80%-ə kimi enerjini 18 dəqiqəyə yığa bilir. Audi RS e-tron GT Performance elektromobilinin qiyməti 160 500 avrodan start götürür.

Chosen
30
technote.az

1Sources