EN

Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır VİDEO

2023-cü ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 140 min pilotsuz uçuş aparatı (PUA) tədarük edilib, bu il istehsalın 10 dəfə artırılması planlaşdırılır.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident Vladimir Putin Sankt-Peterburqda Rusiya Hərbi-Sənaye Komissiyasının iclasında deyib.

“2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı tədarük edilib. Bu il istehsalın 10 dəfəyə qədər artırılması planlaşdırılır. 2030-cu ilə qədər Rusiyada PUA-ların layihələndirilməsi, sınağı və istehsalı üzrə 48 xüsusi elmi-istehsal mərkəzi yaradılacaq", - Rusiya lideri bildirib.

O əlavə edib ki, pilotsuz uçuş aparatlarının istehsalı üzrə milli layihənin həyata keçirilməsi Rusiya Federasiyasının bu sahədə texnoloji suverenliyinin açarıdır.

Daha ətraflı videosüjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
8
korrespondent.az

9Sources