EN

Boris Conson Ukraynanı dərhal NATO-ya qəbul etməyə çağırıb

Şimali Atlantika Alyansı Ukraynanı dərhal üzvlüyünə qəbul etməlidir.

NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bu fikri Britaniyanın “Spectator” nəşri üçün yazdığı məqalədə bildirib.

“Ukraynanı indi NATO-ya qəbul etməliyik və mən indi bunu nəzərdə tuturam”, – deyə o vurğulayıb.

Conson bildirib ki, Qərb Kiyevin münaqişənin həlli ilə bağlı razılaşmaya razı olacağına dair hər hansı fikirdən əl çəkməlidir, çünki ukraynalılar “çox uzun mübarizə aparıblar”.

Böyük Britaniyanın keçmiş baş nazirinin sözlərinə görə, Qərb ölkələri hələ münaqişə bitməmişdən əvvəl Ukraynanı “qoşulmağa dəvət edə bilərdi”.

Chosen
25
1
nocomment.az

2Sources