1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.
Oxu.Az xəbər verir ki, "Stansted" aeroportunda (London) Banqkokdan gələn 33 yaşlı idmançının iki çamadanında təxminən 600 min funt sterlinq (798 min dollar) dəyərində olan 60 kiloqram marixuana aşkarlanaraq müsadirə edilib.
Emmanuel-Tomas bu gün hakim qarşısına çıxarılacaq.
2008-ci ildən 2011-ci ilə qədər "Arsenal" klubunun futbolçusu olan Cey komanda debüt matçına 2010-cu ildə çıxıb. O, hazırda Şotlandiyanın İkinci Liqasında çıxış edən "Morton" klubunda oynayır və müqaviləsi 2025-ci ilin yayına qədərdir.