EN

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıldünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu,Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidəağacəkmə aksiyası keçirilib.“IDEA” könüllülərinin iştirakı ilə baş tutan bu dəfəki ağacəkməaksiyası ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsindətəşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidəmüvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektivsulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarmasistemindən istifadə nəzərdə tutulub.Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsalvə istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olantoz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığazərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekolojitarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsiredir.“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraqtəşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gəncnəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədəbirgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilərastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113qaynar xətt vasitəsi ilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobilqrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə“Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb.Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrətədbir görülmüşdür.Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
37
dia-az.info

10Sources