EN

6 minlik telefon üçün bütün gecə növbədə gözlədilər – FOTO

Məşhur mobil telefon markasının yeni modeli Türkiyənin Üsküdar və Kadıköy bölgələrindəki mağazalarında satışa çıxarılıb. Bu telefona sahib olmaq istəyən vətəndaşlar mağazaların qarşısında saatlarla uzun növbələrdə gözləyiblər.

Publika.az xəbər verir ki, yeni satışa çıxarılan “İphone 16” modeli Türkiyədə müştərilərə müxtəlif xüsusiyyətlərindən asılı olaraq 65 min lirədən ( təxminən 3200 manat) başlayaraq 120 min lirəyə (təxminən 6 min manat) qədər qiymətlərlə təklif olunur.

İstanbulun müxtəlif rayonlarından gələn vətəndaşlar bu telefona sahib olmaq üçün axşam saatlarından başlayaraq mağazanın qarşısında uzun növbələr yaradıblar.

Növbədə gözləyən vətəndaşlardan bir olan Ali Zaman adlı şəxs gecə saatlarından etibarən orada gözlədiyini bildirib: "16 Pro Max çıxdı, bu gün 20 sentyabrda almağa gəldik. 179-cu yerdəyəm. Hər il 20, 23 və 24 sentyabrda belə olur. Gecə saat 23.30-dan bəri burada növbədəyəm”.

Chosen
116
50
publika.az

10Sources