EN

4SİM-in Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Operativ Media" bu barədə 4SİM-ə istinadən xəbər verir.

Məlumata görə, iclas Şuranın sədri, naziri Mikayıl Cabbarovun sədrliyi ilə baş tutub. İclasda 2023-2024-cü illərdə 4SİM-in rəqəmsal iqtisadiyyatın inkişafına dəstək, o cümlədən IV sənaye inqilabı dövründə Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində gördüyü işlərə dair məlumat verilib. Eyni zamanda 2024-2025-ci illər üçün qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq qarşıya qoyulmuş prioritet inkişaf məsələləri ilə bağlı müzakirələr aparılıb.

Chosen
48
6
operativmedia.az

7Sources