EN

Alimlər koronavirus pandemiyasının başlanğıc nöqtəsini müəyyən ediblər

Koronavirusun yayıldığı yer Çinin Uhan şəhərindəki Huanan bazarı olub, bunu ABŞ, Britaniya, Fransa və digər ölkələrdən olan alimlərin “Cell” jurnalında dərc etdikləri araşdırmalar təsdiqləyib.

“Huanan bazarı 12 milyondan çox əhalisi olan və dörd daimi canlı heyvan bazarı olan Uhan şəhərində ən çox vəhşi heyvanların satıldığı yer idi. 2019-cu ilin payızının sonlarında bir neçə satıcının yenot itləri, sivetləri (vivera), bambuk siçovulları, malaya tirəndazları, amur kirpiləri və asiya porsuqları kimi canlı heyvanları qanunsuz olaraq satdıqları sənədləşdirildi. Vəhşi heyvan satıcılarının əksəriyyəti bazarın qərb qanadında yerləşirdi, bu da bazarda COVID-19-un ən erkən və ən çox hallarının bildirildiyi yerdir ",- publikasiyada deyilir.

Alimlər koronavirusun yayılmasının iki mümkün variantını müəyyən ediblər: ya heyvanların birindən (hansı növdən olduğunu öyrənmək mümkün olmayıb) insanlara, ya da insanlar özləri tərəfindən bazara gətirilib. "Biz Huanan bazarında “SARS-CoV-2”-nin iki tanınmış sarbecovirus “qohumu” olan yarasalardan və ya panqolinlərdən heç bir genetik material tapmadıq",- tədqiqatçılar qeyd ediblər.

Heyvanların saxlandığı qəfəslərdə, onları daşımaq üçün arabalarda, kanalizasiya kanallarında və s.-də koronavirus izləri aşkar edilib. Alınan nümunələr bütün pandemiyanın ortaq əcdadı ilə genetik olaraq uyğundur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin ən çox ehtimal olunan versiyasını onun yarasalardan ara heyvan vasitəsilə keçməsi adlandırıb. ÜST də virusun laboratoriya mənşəyini təsdiqləməyib. Birləşmiş Ştatlar COVID-19-un laboratoriya mənşəyinə dair sübutların mövcudluğundan danışıb, lakin Amerika kəşfiyyatı ümumi bir nəticəyə gəlməyib.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
24
oxumeni.az

10Sources