EN

"Kəpəz" növbəti dəfə məğlub oldu -

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub.Metbuat.az-ın məlumatına görə, Gəncə təmsilçisi VII turda "Şamaxı" ilə üz-üzə gəlib. Tovuz şəhər stadionundakı qarşılaşma "sarı-göylər"in məğlubiyyəti ilə bitib - 0:2."Şamaxı"nın qollarını 16-cı dəqiqədə Brahim Konate, 19-cu dəqiqədə Giorgi Kantariya vurub.7 matçın hamısında yenilən "Kəpəz" sonuncu-10-cu pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirən "Şamaxı" 11 xalla üçüncü sıradakı "Sabah"a çatıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. VII turun digər matçları 21-22 sentyabrda baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
9
metbuat.az

10Sources