EN

Çin buğdanı ən çox bu ölkələrdən alır - İLK ÜÇLÜK

2024-cü ilin avqust ayının sonuna olan məlumata görə, Rusiya Çinə 17,9 milyon dollar dəyərində buğda ixrac edən üç ən böyük buğda ixracatçısından biri olub.

İqtisadiyyat.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Ən böyük tədarükçülərin reytinqində Rusiya yalnız Kanada və ABŞ-dan geri qalır. Kanada 56,3 milyon dollar, ABŞ isə 24,7 milyon dollarlıq buğda ixrac edib. Eyni zamanda, Rusiya Qazaxıstanı (12,2 milyon dollar) və Avstraliyanı (10,5 milyon dollar) ötüb.

Rusiya buğdasının Çinə tədarükü bir neçə aydır ki, artmaqda davam edir. İyul ayında buğda və çovdarın ixracının həcmi 5,5 dəfə artıb. Nəticədə bu ay tədarükün həcmi 35,9 min tona çatıb.

Chosen
116
32
iqtisadiyyat.az

10Sources