EN

İsrail Hizbullahın ölkəni işğal etməyə hazırlaşdığını açıqlayıb

İsrail ordusu Beyrutda öldürülən Hizbullah komandirlərinin oktyabrın 7-də HƏMAS-ın hücumundan nümunə götürərək İsrailin şimalına hücum etməyi planlaşdırdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bu gün İsrail ordusunun şiə radikal təşkilatı Hizbullahın yüksək səviyyəli komandiri İbrahim Aqili məhv etdiyi öyrənilib.

Aqil iyul ayında İsrailin hücumunda öldürülən Fuad Şükrdən sonra Hizbullahın hərbi qüvvələrində ikinci ən güclü şəxs olduğu bildirilir.

Chosen
96
33
operativmm.az

10Sources