EN

"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib...

"Report"un məlumatına görə, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.

***

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi növbəti dəfə rəqibini meydanın mərkəzinə dəvət edib - 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

***

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.

"Report"un məlumatına görə, "Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

***

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

"Report"un məlumatına görə, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Poliqon.info

Chosen
37
14
poliqon.info

10Sources