EN

Yaşıl limon – tez qocalmaya son!

Yaşıl limonun bir çox sağlamlıq faydası var. Bu meyvədə sarı limondan daha zəngin vitamin C olduğundan antioksi­dant xüsusiyyətləri də çoxdur. 

Dietoloqlar yaşıl limo­nun faydalarından danışarkən qeyd edirlər: meyvə hər şey­dən əvvəl yüksək miqdarda vitamin C tərkibinə malik olduğundan immun sistemini gücləndirir və orqanizmi in­feksiyalara qarşı daha daya­nıqlı edir;

– antioksidant xüsusiy­yətləri sayəsində yaşıl limon dərinin tez qocalmasının qarşısını alır, qırışların və ləkələrin əmələ gəlməsini gecikdirir;

– limon suyu həzmi asanlaşdırır, mədə turşusunu tarazlayır və mədə problemlərinin həllinə kömək edir;

– yaşıl limonun detoksikasiyaedici xüsusiyyətləri bədəni tok­sinlərdən təmizləyir. Həmçinin, limon suyu maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesinə dəstək olur;

– flavonoidlər və vitamin C damar sağlamlığını qoruyur, qan təzyiqini tənzimləyir və ürək-damar xəstəlikləri riskini azaldır;

– tərkibindəki turşular böyrək və sidik yollarını təmizləyir və infeksiyaların qarşısını alır.

Yaşıl limonun suyunu gündəlik su qəbuluna əlavə etdikdə bədə­nin su balansını saxlamağa və enerjili hiss etməyə kömək edir.

Z.HÜSEYNLİ
XQ

Chosen
18
1
xalqqazeti.az

2Sources