Çində artan boşanma sayı yeni bir peşəkar sahə yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkədə toy fotoqraflarının yerini tədricən boşanma fotoqrafları alır. Artıq cütlüklər boşandıqdan sonra da kamera qarşısına keçirlər.
Bəzi şirkətlər isə boşanmış cütlüklərin köhnə toy xatirələrindən xilas olması üçün ayrılanların toy fotolarını peşəkar şəkildə məhv etmək kimi yeni xidmətlər təklif edir.
2016-cı ildən 2020-ci ilə qədər Çində hər il dörd milyondan çox boşanma olub. 2019-cu ildə bu rəqəm 4.7 milyona çatıb və rekord qırıb. Bu, 20 il əvvəlki rəqəmlərlə müqayisədə dörd dəfə artım deməkdir. Bu ilin ilk yarısında təxminən 1.3 milyon Çinli cütlük boşanıb.
Belə olan halda, ölkədəki bəzi toy fotoqrafları da boşanmaları lentə almağa başlayıb./oxu.az