EN

İranda güclü zəlzələ oldu - 28 yaralı+Yenilənib

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

***

“Mehr” agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Chosen
110
50
qafqazinfo.az

10Sources