"Sumqayıt" basketbol klubu məşqçisi Vadim Kuramşın ilə müqavilə müddətini yeniləyib. Sumqayıt təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mütəxəssis növbəti mövsüm də komandanın uğurları üçün çalışacaq.
Xatırladaq ki, növbəti mövsümdən komandaya rusiyalı mütəxəssis Aleksandr Mixaylov rəhbərlik edəcək.