EN

Xameneinin nümayəndəsi: "Daha heç bir elektron cihaza etibar yoxdur"

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Ərdəbil əyalətindəki təmsilçisi, höccətül-islam Seyid Həsən Amuli Livanda "Hizbullah" üzvlərinə məxsus peycerlərin partlamasına münasibət bildirərkən qeyd edib ki, artıq heç bir elektron cihaza etibar yoxdur.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Seyid Həsən Amuli bu barədə jurnalistlərə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, peycer, simsiz rabitə cihazları, telefon kimi vasitələrdən istifadə artıq təhlükəlidir.

"Livanda baş verənlər göstərdi ki, bundan sonra elmi və texnoloji tərəqqi müharibələrdə birinci və əsas rol oynayacaq, bölgə tədricən ənənəvi silahlardan uzaqlaşaraq, süni intellekt, kiberhücumlar və xüsusi elektron sistemlər kimi yeni silahlara doğru irəliləyəcək. Gələcəkdə düşmən telefonlara sızaraq zərbə vura bilər. Əgər bu hücum "iPhone" telefonları vasitəsilə edilsəydi, düşünün ki, nə qədər insan həlak olardı. Bundan sonra heç bir elektron cihaza etibar yoxdur", - deyə Seyid Həsən Amuli qeyd edib.

Chosen
166
44
hakimiyyet.az

10Sources