İranda Gərmsar sənaye şəhərində güclü partlayış baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gərmsar Qızıl Aypara Cəmiyyətinin sədri Həmid Məcidi IRNA-ya bildirib.
H. Məcidinin sözlərinə görə, hadisə yerinə Qızıl Aypara, Fövqəladə Hallar və Yanğından Mühafizə İdarəsinin əməliyyat qrupları göndərilib.
“Yanğının sahəsi böyükdür. Növbəti partlayışların baş vermə ehtimalı yüksəkdir”, - sədr bildirib.