0Bu gün bir neçə saytda “Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - Araşdırma yazı” başlıqlı yazı yayımlanıb.Yazı daha öncə 2022-ci ilin 19 may tarixində müxtəlif saytlarda verilib. Bu gün isə yenidən gündəmə gətirilib və yazının sonunda “Musavat.com” imzası qoyulub.Qətiyyətlə bildiririk ki, bu yazı bizə aid deyil. Nə 2022-ci ildə, nə də sonrakı dövrlərdə saytımızda belə bir yazı vermişik.Bu məqaləni dərc edən saytlardan tələb edirik ki, bizim imzamız paylaşımlardan götürülsün. Musavat.com