EN

Tokayev TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında qanun imzalayıb

Tokayev TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında qanun imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

AZƏRTAC bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.

Bundan əvvəl, sentyabrın 13-də Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi ratifikasiya edib.

Sazişin əsas məqsədi gömrük əməliyyatlarının sürətləndirilməsi, tələb olunan sənədlərin sayının azaldılması və risklərin idarə edilməsi sistemindən istifadə etməklə nəzarət formalarının minimuma endirilməsidir.

Sənəd iştirakçı dövlətlər arasında malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin sürətləndirilməsinə yönəlib ki, bu da beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərəcək.

Elşən Rüstəmov

Astana

Mənbə: AZƏRTAC

Chosen
54
12
ilk.az

10Sources