Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Kayserispor”un baş məşqçisi Burak Yılmazı cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Yılmazın “Trabzonspor”la oyunda rəqib azarkeşlərə qarşı qeyri-idman hərəkətinə görə cəzalandırılmasına qərar verilib.
O, 1 rəsmi oyundan kənarlaşdırılıb, ona paltardəyişmə otağına və ehtiyat oyunçu skamyasına giriş qadağan edilib. Bundan əlavə, baş məşqçiyə 58.500 lirə məbləğində cərimə tətbiq olunub.