Azərbaycan təmsilçisi İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində iştirak edib.
81 kq çəki dərəcəsində qüvvəsini sınayan Ravin Alməmmədov körpücük üzərinə qalxıb.
Atletimiz toplam 326 kq (145+181) nəticə ilə 9-cu yeri tutub.
Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir.