EN

ABŞ Çin proqram təminatını qadağan edir

ABŞ avtomobillərdə Çin proqram təminatının istifadəsini qadağan edəcək.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, ABŞ milli təhlükəsizlik baxımından Çin mənşəli proqram təminatının avtomobillərdə istifadəsini qadağan etməyi planlaşdırır. 

Səlahiyyətlilər bu qərarın xüsusən avtomobil sənayesində təhlükəsizlik risklərini azaltmağı hədəflədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mövzu ilə bağlı verdiyi açıqlamada ABŞ-nin qərarına etiraz edib:

"Çin ABŞ-nin milli təhlükəsizlik anlayışını həddən artıq genişləndirməsinə və müvafiq Çin şirkətləri və məhsullarına qarşı ayrı-seçkilik tədbirləri görməsinə qarşıdır. Biz ABŞ-ni bazar prinsiplərinə hörmət etməyə çağırırıq".

Gülşən Şərif

Chosen
16
2
bakivaxti.az

3Sources