Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin(MEMİM) “Nəsildən nəslə teatr” layihəsi davam edir.
Kulis.az xəbər verir ki, “Nəsildən nəslə teatr” layihəsi çərçivəsində keçiriləcək tematik seminarın “Akyorluq: təbiət və paradoks” adlı növbəti paneli 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq. Panelin qonağı Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlıgənclərlə aktyor sənətinin sirrləri, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və. s mövzularda fikir mübadiləsi aparacaq.
Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhvə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
“Nəsildən nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.
Giriş sərbəsdir!