EN

Onurğa əyriliyi olan şəxslər hərbi xidmətə aparılır? - Rəsmi CAVAB 

Azərbaycanda onurğa əyriliyi olan şəxslərin hərbi xidmətə yararlı olub-olmaması müzakirə olunan mövzulardan biridir.

Bakıvaxtı.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, skolioz və kifozların mərhələsi rentgenoqramlar üzrə V.D.Çaklinin müəyyən etdiyi Kobb bucaqların hesablanması əsasında təyin edilir.

"1-ci dərəcəli skoliozlar (Kobb bucağı 10°-yə kimi), 1ci və 2ci dərəcəli kifoz (kobb bucağı 50°-yə kimi)  müəyyən olunmuş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman hərbi xidmətkeçməyə yararlı hesab olunurlar. 

Qeyd edək ki, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilmir və hərbi xidmətkeçməyə yararlı hesab olunur", - qurumdan bildirilib.Modern.az

Chosen
70
12
bakivaxti.az

10Sources